Onlarla azərbaycanlı Rusiyada saxlanıldı - Nə baş verir?

Onlarla azərbaycanlı Rusiyada saxlanıldı - Nə baş verir? Dünya


Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı saxlanılıb.

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edirlər. İstintaq Komitəsi hələlik məsələ ilə bağlı şərh verməyib.

Baş verənlərin 2001-ci ildə Azərbaycan diasporunun adı ilə hallanan qətllə bağlı olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl Rusiyada tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin iki qardaşının OMON (xüsusi təyinatlı milis dəstəsi - red) tərəfindən döyülərək öldürüldükləri barədə xəbər yayılıb./publika