İordaniya kralının qohumuna həbs cəzası verilib

İordaniya kralının qohumuna həbs cəzası verilib Dünya
İordaniya məhkəməsi kral II Abdullanın qohumu Valid əl-Kürdini qiyabi olaraq 18 il müddətinə həbs edib.

News24.az xəbər verir ki o, korrupsiyada və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

Məhkəmə, eyni zamanda, V.əl-Kürdini 268 milyon dollara yaxın məbləğdə cərimələyib. Qeyd olunur ki, II Abdullanın bibisinin yoldaşı olan Valid əl-Kürdi İordaniya fosfat hasilatı şirkətinin baş direktoru olduğu müddətdə hasilat müqavilələri ilə fırıldaq əməliyyatları həyata keçirib.

Bir müddət əvvəl İordaniyanı tərk etmiş V.əl-Kürdinin hazırda Böyük Britaniyada yaşadığı deyilir. /Trend.az/