Oteldə dava salaraq polisi - VURDU
Dünya
Hüquq-mühafizə orqanları bildiriblər ki, ABŞ vətəndaşı Moskvanın mərkəzində oteldə olarkən mübahisə yaradıb, daha sonra ərazi idarəsində polis əməkdaşını vurub.
"İşçilər amerikalının miqrasiya kartı olmadığı üçün qeydiyyata almayıblar. Bundan sonra əcnəbi davaya başlayıb", - deyə məlumatda qeyd edilib.
News24.az xəbər verir ki, hadisə yerinə çağırılan polis əməkdaşları dalaşanları ərazi şöbəsinə aparıblar. Lakin əcnəbi vətəndaş sakitləşməyərək polisi vurub.
Saxlanılan şəxslə bağlı istintaq hərəkətlərinin aparıldığı, yaxın vaxtlarda ona qarşı ittiham irəli sürüləcəyi qeyd edilib.
İdarədən bildirilib ki, istintaq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciət etmək niyyətindədir.
Məryəm İlhamqızı