Özbəkistan sərhədçiləri Qırğızıstanla sərhəddə bu ölkənin 3 vətəndaşını güllələyib

Özbəkistan sərhədçiləri Qırğızıstanla sərhəddə bu ölkənin 3 vətəndaşını güllələyib Dünya
Özbəkistan sərhədçiləri Qırğızıstanla sərhəddə bu ölkənin 3 vətəndaşını güllələyib.

News24.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Komitə hadisənin Cəlalabad vilayətinin Dobo-Korqon ərazisində baş verdiyini açıqlayıb.

Yaralılar Qırğızıstanın Al-Bukin rayonundakı xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı iki ölkə birgə araşdırma aparır.