Pakistanda mülki şəxslərə hücum - ölən və yaralılar var

Pakistanda mülki şəxslərə hücum - ölən və yaralılar var Dünya

Bəlucistan əyalətinin mərkəzi Kvettada separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) otelin önünə qumbaraatan hücumu həyata keçirib.

News24.az xəbər verir ki, hücumda 1 nəfər ölüb, 10 nəfər yaralanıb. 

Səhiyyə rəsmiləri yaralıların müalicə altına alındığını bildiriblər.

Qeyd edək ki, qumbara atma aksiyası xalqın, ölkənin müstəqilliyinin ildönümünü qeyd etdiyi günlərdə Kvettada həyata keçirilən üçüncü hücum olub.

Məlumat üçün bildirək ki, 2000-ci ildə qurulan BLA, Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəni Bəluc xalqının idarə etməsini istəyir. Bu səbəbdən BLA Pakistan təhlükəsizlik qüvvələrini, hüquq-mühafizə orqanları əməkdaşlarını və mülki şəxsləri hədəf alan hücumlar həyata keçirir.

Pakistanın ən böyük əyaləti olan Bəlucistan, eyni zamanda ölkədə yoxsulluğun yüksək olduğu bölgədir. Əyalət həm də onilliklər ərzində İslamabad administrasiyası ilə mübarizə aparan separatçı hərəkatların mərkəzidir.

Məryəm İlhamqızı