Pakistanda qəza oldu, 14 nəfər öldü

Pakistanda qəza oldu, 14 nəfər öldü Dünya

Pakistanın Pəncab vilayətində baş verən avtobus qəzasında ən azı 14 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti polisə istinadən məlumat yayıb.

Bildirilib ki, mikroavtobus traktoru qabaqlamağa çalışarkən qarşı zolağa çıxıb və Lahorda idman yarışlarına gedən yerli universitetin tələbələrinin olduğu avtobusa çırpılıb.

Toqquşma nəticəsində 9 nəfər hadisə yerində ölüb, daha 5 nəfər xəstəxanada vəfat edib. Xəsarət alan 29 nəfərdən üçünün vəziyyəti kritik qiymətləndirilir.

Polis faciənin başvermə səbəblərini araşdırmağa başlayıb.