Pakistanda silahlı insident

Pakistanda silahlı insident Dünya

Pakistanın Xayber-Paxtunxva əyalətinin Lakki Marvat rayonunda polis bölməsinə silahlı hücum nəticəsində hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, digəri isə yaralanıb.

News24..az xəbər verir ki, bu barədə "Dawn" nəşri polis nümayəndəsinə istinadən xəbər yayıb.

"Terrorçular ərazidə patrul xidməti aparan patrul əməkdaşlarına atəş açıblar", - məlumatda deyilir.

Həlak olan və yaralanan polis əməkdaşları şəhər xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağırdır.

Hadisə yerinə xeyli polis kontingenti cəlb olunub, ərazi mühasirəyə alınıb, hücum edənlərin axtarışı aparılır.