Pakistanda xəstəxana yandı - 15 körpə öldü
Dünya
Pakistanın paytaxtı İslamabaddakı xəstəxanalardan birində baş verən yanğın nəticəsində azı 15 yeni doğulmuş körpə ölüb.
News24.az xəbər verir ki, yanğın Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində baş verib.
Məlumata görə, yanğın kondisionerin kompressorunun partlaması nəticəsində başlayıb.
Hadisə zamanı şöbədə olan 16 körpədən yalnız birini xilas etmək mümkün olub.
Xilasetmə xidmətinin əməkdaşları yanğının artıq söndürüldüyünü bildiriblər.