Papa Türkiyədə: Səfərin məqsədi məlum oldu, nələr baş verəcək?
Dünya
Papa XIV Leo Türkiyəyə səfər edib.
News24.az xəbər verir ki, Papa ilə Prezident Rəcəb Tayyib Erdoğan arasında xüsusilə Qəzza və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.
Papa ilk olaraq Anıtkabiri ziyarət edəcək. Ardınca Prezident Rəcəb Tayyib Erdoğan ilə qapalı görüş keçirəcək və daha sonra mətbuata birgə açıqlama veriləcək.
Günün sonunda Papa İstanbula uçacaq. Cümə günü o, müxtəlif xristian məzhəblərindən olan din xadimləri ilə görüşəcək, Sent Esprit Katedralını və Sultanahmet məscidini ziyarət edəcək.
Papa daha sonra helikopterlə İznikə gedəcək. Burada İznik Şurasının (İznik Konsili) 1700-cü ildönümü münasibətilə, sualtı bazilikada xüsusi ayin idarə edəcək.
Axşam isə İstanbulda “Volkswagen Arena”da geniş kütlənin iştirakı ilə böyük ayin keçiriləcək. Papa şənbə günü Livana yola düşəcək.