“Partlayıcı maddələrdən istifadə edəcəyik” - – Nazirdən qalmaqallı sözlər

“Partlayıcı maddələrdən istifadə edəcəyik” - – Nazirdən qalmaqallı sözlər Dünya

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir sosial media hesabında mübahisəli paylaşım edib.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Fələstinlilərə nifrəti ilə tanınan Ben-Qvir, Qəzza zolağında Əl-Əhli Baptist Xəstəxanasının bombalanmasından sonra sosial mediada reaksiyalara səbəb olan paylaşım edib.

Paylaşımda deyilir ki, HƏMAS əlindəki əsirləri buraxmadığı təqdirdə ora partlayıcı maddələrlə hücum etmək lazımdır. 

Ülkər Abdurahmanlı