Paşinyan məşğuldur - Pitin qərar verə bilmir

Paşinyan məşğuldur - Pitin qərar verə bilmir Dünya

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla mümkün görüşü barədə dəqiq məlumat yoxdur.

News24.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Hazırda konkret razılaşmalar yoxdur”, — o qeyd edib.

Peskovun sözlərinə görə, Rusiya tərəfi Ermənistanda keçirilən seçkilərin rəsmi nəticələrinin elan olunmasını gözləyir.

“Yekun nəticələrə qədər, yəqin ki, Ermənistanın baş naziri (Nikol Paşinyan) ölkə daxilində bu proseslərlə məşğuldur, daha sonra isə yekunlaşmadan asılı olaraq, ikitərəfli səviyyədə görüş barədə qərar qəbul ediləcək”, — deyə Kremlin nümayəndəsi vurğulayıb.