Paşinyan onu da vəzifəsindən azad etdi

Paşinyan onu da vəzifəsindən azad etdi Dünya

Ermənistan səhiyyə nazirinin müavini Lena Nanuşyan vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın qərar verib.

Qərarda qeyd olunub ki, Səhiyyə nazirinin birinci müavini vəzifəsini icra edən Lena Nanuşyan “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Paşinyanın qərarı ilə bir sıra dövlət qurumlarının nazirləri və nazir müavinləri də yeni vəzifələrə təyin ediliblər.