Paşinyana “çılpaq kral” deyən jurnalistə sərt cavab
Dünya
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ölkənin keçmiş prezidenti Robert Koçaryanın tərəfdarı, jurnalist Aza Babayanın “Facebook”da Ermənistanın baş naziri Nikol Paşinyanı “çılpaq kral” adlandırmasına münasibət bildirib.
News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rubinyan bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Görünür, "Mülki Müqavilə" rəsmiləri və onların tərəfdarları uşaqlıqda nağıllar oxumayıblar deyə əvvəllər “Azatutün” jurnalisti olmuş, hazırda isə Koçaryana yaxın “NEWS.am”da Aza Babayan yazıb və daha sonra xalqımızın “özünü axmaq vəziyyətinə qoyduğunu” əsaslandırmağa çalışıb. Bəli, əziz xalq, biz hamımız savadsızıq. Bütün xalq savadsızdır. Yalnız siz, sizin Koçaryanınız, Sarkisyanınız və rusiyalı biznesmen (həbs olunmuş oliqarx Samvel Karapetyanı nəzərdə tutur) savadlısınız. O qədər “savadlısınız” ki, bütöv bir xalqı təhqir etməyin, ona damğa vurmağın yolverilməz olduğunu belə anlamırsınız. Erməni jurnalistikasının faciəvi tənəzzülü davam edir”, — deyə Ermənistan parlamentinin vitse-spikeri yazıb.