Paşinyandan "Dağlıq Qarabağ" ifadəsi ilə bağlı açıqlama

Paşinyandan "Dağlıq Qarabağ" ifadəsi ilə bağlı açıqlama Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, kilsələrdə keçirilən ayinlər zamanı “Dağlıq Qarabağ” adının xatırladılması müharibəyə çağırışdır və bu, Azərbaycanla sülh prosesinə mane olur.

News24.az xəbər verir ki, bu barədə Paşinyan brifinq zamanı jurnalistlərə açıqlamasında deyib.

Paşinyan xatırladıb ki, Azərbaycanla müharibə başa çatıb, buna görə də artıq heç bir “Qarabağ hərəkatı” (Qarabağın yenidən tam şəkildə Ermənistanın nəzarətinə qaytarılması hərəkatı — red.) mövcud deyil və qondarma “Artsax Respublikası”nın istənilən tribunadan xatırladılması müharibəyə aparan yol deməkdir.

Qeyd edək ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan döyüş əməliyyatlarının dayandırılması haqqında bəyannamə imzalayıblar. //Gazeta.ru