Paşinyandan Moskvaya mesaj: Bizim gündəmimizdə bu yoxdur
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, heç bir qüvvə İrəvanı Moskva ilə qarşıdurmaya cəlb edə bilməz.
News24.az xəbər verir ki, o, Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Rusiyaya və onun maraqlarına zərər vurmaqla bağlı gündəmləri olmayıb, yoxdur və gələcəkdə də olmayacaq.
Paşinyan vurğulayıb ki, bu cür ehtimallar tamamilə istisna edilir.