Mqer Qriqoryan: Azərbaycanla sərhədlərin delimitasiyası üzrə üç sənəd razılaşdırılıb

Mqer Qriqoryan: Azərbaycanla sərhədlərin delimitasiyası üzrə üç sənəd razılaşdırılıb Dünya

Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların son iclası zamanı bu istiqamətdə gələcək işlər üçün mühüm əhəmiyyət daşıyan üç sənəd layihəsi razılaşdırılıb.

News24.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, sənəd layihələri proseduru təsvir edirlər, təbiətcə daha çox texniki xarakterlidir: “Lakin buna baxmayaraq, sənəd layihələri vacibdir, çünki biz onlara uyğun olaraq hərəkət etməyə davam etməliyik. Bu sənədlər hər iki ölkədə müvafiq olaraq daxili prosedurlar vasitəsilə təsdiqlənməlidir”.