Pele növbəti dəfə xəstəxanaya yerləşdirildi

Pele növbəti dəfə xəstəxanaya yerləşdirildi Dünya
Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib.

82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Pauludakı "Albert Eynşteyn" klinikasındadır.

Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. /Report.az/