Peruda gecə klubunda partlayış oldu: 30-dan çox yaralı var

Peruda gecə klubunda partlayış oldu: 30-dan çox yaralı var Dünya

Perunun şimal-qərbində yerləşən Trujillo şəhərində gecə klubunda baş verən partlayış nəticəsində azı 31 nəfər yaralanıb.

News24.az xəbər verir ki, yaralılardan dörd nəfərin vəziyyəti ağırdır. Yerli səhiyyə qurumları bildirir ki, xəsarət alanlar arasında azyaşlılar da var.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Partlayış səhnədə çıxış edən Amor Rebelde qrupunun konserti zamanı baş verib. Güclü səsdən sonra klubdakı insanlar təşviş içində qaçaraq ərazini tərk etməyə çalışıblar. (Reuters)