Pezeşkian razılığa gəlmək üçün yeganə şərti açıqladı
Dünya
İran Prezidenti Məsud Pezeşkian ABŞ-la razılığa gəlməyin yeganə şərtini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Pezeşkian bildirib ki, ABŞ beynəlxalq normalara riayət edər və Tehranın “qırmızı xətləri”ni nəzərə alarsa, İran ədalətli razılaşmaya hazırdır.
“Bizim qırmızı xəttimiz İran xalqının milli maraqları və hüquqlarıdır. Əgər bu prinsiplər qorunarsa, razılıq mümkündür”, – deyə o vurğulayıb.
Prezident əlavə edib ki, İran regionda sülh və davamlı təhlükəsizliyin təmin olunmasına yönəlmiş balanslı və qarşılıqlı hörmətə əsaslanan razılaşma əldə etmək niyyətindədir.//globalinfo.az