Pezeşkian və SEPAH arasında qarşıdurma: İranda gərginlik artır
Dünya
İran prezidenti Məsud Pezeşkian və SEPAH-ın baş komandanı Əhməd Vəhidi arasında müharibənin idarə olunması və onun mülki əhali üzərində yaratdığı təsirlərlə bağlı ciddi fikir ayrılığı yaranıb.
News24.az xəbər verir ki, Pezeşkian mövcud vəziyyətin davam etməsinin ölkə üçün ağır nəticələr doğuracağını vurğulayıb.
O, Vəhidiyə açıq şəkildə xəbərdarlıq edərək bildirib ki, əgər yaxın zamanda atəşkəs əldə olunmasa, İran iqtisadiyyatı cəmi üç həftə və ya bir ay ərzində tamamilə çökə bilər.
Tərəflər arasında yaranan bu gərginlik ölkə daxilində həm siyasi, həm də iqtisadi sabitlik baxımından ciddi risklər yaradır.
Xüsusilə müharibənin mülki əhali üzərində artan təsirləri və iqtisadi təzyiqlər rəsmi dairələrdə narahatlığı daha da gücləndirib. /Azad İran