Pezeşkian: “Xameneiyə hücum rejimi içəridən çökdürə bilər”

Pezeşkian: “Xameneiyə hücum rejimi içəridən çökdürə bilər” Dünya

“İrandakı sabitlik tam şəkildə ali lider Əli Xameneyinin təhlükəsizliyindən asılıdır”.

News24.az “Radio France Internationale” istinadən xəbər verir ki, bu fikri İran prezidenti Məsud Pezeşkian parlamentdə çıxışı zamanı səsləndirib.

O xəbərdarlıq edib ki, Xameneiyə qarşı mümkün hücum ölkədə daxili çöküş və parçalanma yarada bilər.

Pezeşkian iyun ayında baş vermiş İran–İsrail müharibəsinə toxunub. O həmin dövrdə əsas narahatlığının məhz ali rəhbərə hücum halında ölkə daxilində qarşıdurmanın alovlanması ilə bağlı olduğunu bildirib.

Məsud Pezeşkianın sözlərinə görə, hakimiyyətin zəifləməsi üçün xarici müdaxilə yox, daxili fikir ayrılıqları kifayətdir. O, siyasi qrupları birliyə çağıraraq daxili gərginliyin ölkə üçün ən böyük təhdid olduğunu vurğulayıb.