Pezeşkianın oğlu hakimiyyəti tənqid etdi
Dünya
İran prezidenti Məsud Pezeşkianın oğlu ölkədə internetə qoyulan məhdudiyyətləri tənqid edib.
News24.az xəbər verir ki, Yusif Pezeşkian bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O, bu addımı hakimiyyətin xalqa inamsızlığının əlaməti adlandırıb.
"Güvən ikitərəflidir. Hakimiyyət özü xalqa etimad göstərməyib ondan etimad gözləyə bilməz. Sosial şəbəkə platformalarına məhdudiyyətlərin tətbiqi hakimiyyətin xalqa inamsızlığının göstəricisidir", - deyə o yazıb.