Pikassonun 600 min avro dəyərində itmiş rəsm əsəri tapıldı
Dünya
Pikassonun itkin düşmüş "Gitara ilə natürmort" rəsm əsəri tapılıb.
News24.az xəbər verir ki, İspaniyadakı sərgiyə daşınarkən itən rəsm yaşlı konsyerjçinin evində tapılıb.
Rəsm əsərlərinin daşınmasını həyata keçirən şirkət “Gitara ilə natürmort” əsərini unudublar.
Şirkətin 69 yaşlı işçisi bağlamada olan əsəri adi əşya kimi qəbul edərək iki həftə öncə evinə aparıb. İstintaq qadının günahsız olduğu qənaətinə gəlib.
Pikassonun 1919-cu ildə yaratdığı əsərin qiyməti 600 min avrodur.