Pilotsuz aparatlardan gizlənə bilən geyim hazırlandı
Dünya
Ukraynada Rusiya Pilotsuz uçuş aparatalarından qorunmaq üçün gözəgörünməz geyim hazırlanıb.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Mixail Fedorov bildirib. O deyib ki,yeni geyimlər insan bədəninin istiliyinin qarşısını alır və plaş sahibini Rusiya pilotsuz təyyarələrinin infraqırmızı kameraları üçün görünməz edir.
“Nağıllarda görünməzlik paltarı haqqında heç oxumusunuzmu? Yaxşı, onları ukraynalılar düzəldib”, - deyə o qeyd edib