“PlayStation 5” almaq istəyənlərə pis xəbər - Qiymətlər bahalaşdı

“PlayStation 5” almaq istəyənlərə pis xəbər - Qiymətlər bahalaşdı Dünya

“Sony” şirkəti bütün dünyada “PlayStation 5”, “PlayStation 5 Pro” və “PlayStation Portal” üçün qiymətləri artıracağını açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu qərarı qlobal iqtisadiyyata davam edən təzyiq ilə izah edib.

Yeni qiymətlərə görə, oyun konsollarında 100 dollar artım olacaq.

Aprelin 2-dən qüvvəyə minəcək yeni qiymətlərə görə, “PlayStation 5” rəqəmsal versiya 600 dollara, “PlayStation 5” diskli versiya 650 dollara, “PlayStation 5 Pro” 900 dollara, “PlayStation Portal” isə 250 dollara satılacaq.