Polis "Halk TV"-də axtarış apardı - Yayım dayandı

Polis "Halk TV"-də axtarış apardı - Yayım dayandı Dünya

Türkiyənin müxalifətçi “Halk TV” telekenalı canlı yayımı dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə TV100 telekanalı məlumat yayıb.

“Halk TV” rəhbərliyinin nümayəndələri sosial şəbəkələrdə yaranmış vəziyyəti təsdiqləyiblər.

Məlumata görə, səhər saatlarında polis əməkdaşları İstanbulda telekanalın mərkəzi ofisinə gələrək axtarışlara başlayıblar. Əməliyyatda maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə bölmələrinin əməkdaşları iştirak ediblər.

Türkiyə mediasının məlumatına görə, xarici idarəetmə təyin edilmiş şəxslər yerli vaxtla saat 05:15 radələrində telekanalın idarəçiliyini öz üzərinə götürüblər.

“Halk TV”-nin aparıcısı Deniz Bayramoğlunun sözlərinə görə, telekanalın baş redaktoru Suat Toktaş yayımın davam etdirilməsi imkanını müzakirə etmək üçün təyin olunmuş idarəçi ilə danışıqlar aparıb.

Lakin danışıqlar nəticəsiz başa çatıb.