Polis naziri güllələyib öldürdü

Polis naziri güllələyib öldürdü Dünya
Hindistanda səhiyyə və ailə rifahı naziri Naba Kisor Das polis zabiti tərəfindən güllələnib.

News24.az xəbər verir ki, Hindistanın şərqindəki Odişa əyalətində baş verən hadisə nəticəsində nazir dünyasını dəyişib.

Naba Kisor Das Odişa əyalətinin qərbindəki Brajarajnagar şəhərində yerli ofisin açılışından əvvəl tərəfdarları ilə görüşmək üçün avtomobilindən düşən zaman Qopas Das adlı polis məmuru tərəfindən güllələnib.

Bildirilib ki, atışma yerli vaxtla saat 12:10 radələrində çox yaxın məsafədən baş verib.

Xəstəxanaya yerləşdirilən Naba Das orada dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, güllənin biri nazirin ürəyini və sol ağciyərini zədələdiyib və daxili qanaxmaya səbəb olub.

Polis qətlin motivi barədə ətraflı məlumat verməyib. /The Hindu/

Teymur MƏMMƏDOV