Polşada inanılmaz tapıntı: 500 illik sirr açılır?

Polşada inanılmaz tapıntı: 500 illik sirr açılır? Dünya

Polşada yoxa çıxan orta əsrlərə aid şəhər tapılıb.

News24.az xəbər verir ki, tarixi Ştoltzenberq şəhərinin qalıqlarını arxeoloqlar Slavoborje yaxınlığındakı meşədə aşkar ediblər.

Alimlər 5 metrə qədər dərinliyi olan xəndəklər, torpaq sədləri və mərkəzi meydan ətrafında tikililərin izlərini aşkar ediblər. Həmçinin 400-dən çox artefakt – sikkələr, bəzək əşyaları, silahlar və digər tapıntılar üzə çıxarılıb.

Şəhər hələ XIV-XV əsrlərdə yoxa çıxıb və bu günə qədər bunun dəqiq səbəbi məlum deyil. Ehtimal edilir ki, buna ticarət yollarının dəyişməsi, digər şəhərlərlə rəqabət və ya əhalinin köçü səbəb ola bilər.