Ərdoğandan maaş və pensiya artımı ilə bağlı - MÜHÜM AÇIQLAMA

Ərdoğandan maaş və pensiya artımı ilə bağlı - MÜHÜM AÇIQLAMA Dünya

Prezident Ərdoğan Özbəkistan səfərindən qayıdan təyyarədə jurnalistlərin suallarını cavablandırıb. İqtisadi gündəmə toxunan Ərdoğan minimum maaş artımı ilə bağlı yeni açıqlamalar verib.

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

“Biz qlobal gündəmi zəbt edən inflyasiya problemi ilə mübarizə aparmaq əzmindəyik. İnflyasiyanın belini qırdıq və qarşıdakı dövrdə onun təsirlərini siləcəyik. Həmişə deyirdik ki, işçilərimizi, təqaüdçülərimizi inflyasiyaya məruz qoymayacağıq və Allaha şükürlər olsun ki, sözümüzə əməl etdik.Minimum əmək haqqını respublika tarixində görünməmiş dərəcədə artırdıq. Biz təqaüdçülərimizin maaşlarını artırdıq və onları daha da rahatlaşdıracaq həllər hazırladıq və tezliklə onları həyata keçirəcəyik”.

Bildiyiniz kimi, minimum əmək haqqı məsələsinin öz təqvimi var.

Ülkər Abdurahmanlı