“Priqojin sağdır” - ŞOK İDDİA
Dünya
“Yevgeni Priqojin sağdır. O, sağ qalmaq üçün öz ölümünü saxtalaşdırıb”.
News24.az xəbər verir ki, bu iddianı Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun tədqiqatçısı Natia Seskuria Express.co.uk-a açıqlamasında irəli sürüb.
Onun fikrincə, Priqojin hər kəsin diqqətindən kənarda “Vaqner” rəhbəri kimi öz rolunu davam etdirmək üçün belə bir addım ata bilər. O, istisna etmir ki, təyyarə qəzası və "ölüm" muzdluların lideri üçün qaçmaq üçün bir yol ola bilər.
“Ehtimal var ki, bu, Priqojinin diqqətdən kənarda qalması üçün edilib... Bütün bunları Priqojin özü ortada görünməməsi üçün səhnələşdirə bilər”, - ekspert qeyd edib.
Seskuria hesab edir ki, onun saxta ölümə qərar verməsinin əsas səbəbi, Moskvaya qarşı kampaniya təşkil edərək, öz ölüm əmrini imzaladığını başa düşməsidir: “Geriyə yol yox idi, onun Putinin etimadını qaytarmaq və həmişəki kimi iş görmək imkanı yox idi”.
Akqabay