"Problemlərimiz dəfələrlə artıb" – Pezeşkian
Dünya
“Problemlərimiz dəfələrlə artıb, gəlirlərimiz isə azalıb”.
News24.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkəsinin iqtisadi vəziyyəti ilə bağlı danışarkən deyib.
Pezeşkian xərclərin artması, neft satışının azalması və sənaye müəssisələrinə dəyən ziyanın dövlət gəlirlərinə ciddi təsir etdiyini söyləyib.
Prezidentin sözlərinə görə, idxal olunan məhsullar artıq ölkəyə əvvəlki kimi birbaşa yollarla çatdırılmır. Müxtəlif marşrutlardan istifadə olunması isə məhsulların son qiymətinin artmasına səbəb olur: “Gəlirimiz də azalıb. Əvvəllər neft satırdıq, indi sata bilmirik”.