Putin Kanye Uest ilə görüşəcək? - Kremldən açıqlama

Putin Kanye Uest ilə görüşəcək? - Kremldən açıqlama Dünya

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə məşhur amerikalı repçi Kanye Uestin bu ilin oktyabrında ifaçının Sankt-Peterburqdakı konsertləri zamanı görüşə biləcəyi barədə məlumatlara münasibət bildirib.

News24.az xəbər verir ki, bu barədə yerki KİV-lər məlumat yayıb.

"Bağışlayın, bu bizim səlahiyyətimizə aid məsələ deyil. Bura “Moskonsert” deyil, Prezident Administrasiyasıdır", — deyə Peskov yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin birinci sədr müavini Svetlana Jurova avqustun 18-də bildirib ki, Putin tanınmış şəxslərlə görüşür, lakin bunun üçün bir sıra şərtlərin yerinə yetirilməsi lazımdır.

Deputatın sözlərinə görə, ilk növbədə dövlət başçısının və sənətçinin iş qrafikləri üst-üstə düşməlidir.

Ötən gün isə konsertin təşkilatçısı Anna Subçeva Kanye Uestin uzun müddətdir Rusiya Prezidenti Vladimir Putinə rəğbət bəslədiyini və oktyabr ayında Rusiyaya səfəri zamanı onunla görüşməyə ümid etdiyin deyib.