Putin Nazirlər Kabineti ilə - MÜŞAVİRƏ KEÇİRƏCƏK
Dünya
Rusiya prezidenti Vladimir Putin Rusiya Nazirlər Kabinetinin üzvləri ilə qısa operativ konfrans keçirəcək.
News24.az xəbər verir ki, konfransın əsas mövzusu fərdi yaşayış evlərinin tikintisi layihələrinə dəstək olacaq.
Bununla belə, formalaşmış təcrübəyə uyğun olaraq, prezident və hökumət üzvləri əsas məsələni müzakirə etməzdən əvvəl cari məsələlərə də müraciət edəcəklər.
Qeyd olunub ki, hesabatları tikinti və kommunal xidmətlər naziri İrek Faiizullin və Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina verəcəklər.
Məryəm İlhamqızı