Putin vətəndaşların suallarını cavablandıracaq
Dünya
Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransını dekabrın 19-da, Moskva vaxtı ilə saat 12:00-da keçirəcək.
News24.az xəbər verir ki, bu barədə TASS agentliyi Kremlə istinadən məlumat yayıb.
Vətəndaşlar suallarını sayt, SMS, telefon, mobil tətbiq, eləcə də “VKontakte” və “Odnoklassniki” platformaları vasitəsilə göndərə biləcəklər. Putin bu formatda həm Rusiya vətəndaşlarının, həm də jurnalistlərin suallarını canlı efirdə cavablandıracaq.