Putinə verəcəyi hədiyyəni açıqladı
Dünya
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ad günü hədiyyəsini - Valaam mənzərələrinin gözəl tablosunu şəxsən təqdim etmək niyyətindədir.
News24.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont “Belarus 1” telekanalının efirində bildirib:
Prezidentimiz razılaşdıqları kimi hədiyyəsini mütləq Rusiya prezidentinə şəxsən təqdim edəcək".
Eysmontun sözlərinə görə, rəsm məşhur Belarus rəssamı Maslenikov tərəfindən xüsusi sifariş edilib.