Qadın və uşaqları kameraya çəkən - HƏKİM HƏBS OLUNDU

Qadın və uşaqları kameraya çəkən - HƏKİM HƏBS OLUNDU Dünya

ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində həkim qadın və uşaqları gizli kameraya çəkməkdə ittiham olunur.

News24.az medianews.az-a istinadən xəbər verir ki, o, altı ildir işlədiyi xəstəxananın bütün otaqlarına gizli kamera qoyaraq, insanları, xüsusən də uşaqları və qadınları xəbərləri olmadan izləyib.

Həkimə qarşı uşağın cinsi istismarı, kompüterdən istifadə edərək uşaq cinsi istismarı materialının yaradılması və ya çoxaldılması, 18 yaşından kiçik uşaqları və iki qadını libassız halda tutmaq, yaxud çəkmək ittihamı da daxil olmaqla, ümumilikdə 10 ittiham irəli sürülüb.

Faktla bağlı araşdırma aparılıb.