Qadının alt paltarlarını oğurlayan 61 yaşlı kişi saxlanıldı
Dünya
Yaponiyada qadının alt paltarlarını oğurlayan 61 yaşlı kişi saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə “Japan Today” məlumat yayıb.
Hadisə Takasaki şəhərində baş verib.
Polisin məlumatına görə, iyulun 10-da 61 yaşlı Kyüzo Okavara birinci mərtəbədəki mənzilin balkonunda qurudulmaq üçün asılmış beş ədəd qadın alt paltarını oğurlayıb.
Alt paltarları daha əvvəl də oğurlanan zərərçəkmiş qadın polisə müraciət edərək müşahidə təşkil edilməsini istəyib.
İki həftə sonra, iyulun 24-də Okavara yenidən alt paltarı oğurlamağa cəhd edib, lakin cinayət başında saxlanılıb.
Onun evində aparılan axtarış zamanı polis təxminən 70 ədəd qadın geyimi aşkarlayıb.
Saxlanılan şəxs günahını etiraf edib.
Hazırda onun bölgədə açılmamış digər oğurluq hadisələrinə də aidiyyəti olub-olmadığı araşdırılır.