Qadınlara ətir satmaqdan imtina etdilər - Səbəbi

Qadınlara ətir satmaqdan imtina etdilər - Səbəbi Dünya

Dağıstanda ətir mağazalarından biri qadınlara dini qadağaya əsaslanaraq ətir satmaqdan imtina edib.

News24.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntü yayılıb.

Elan müəllifləri dini mətnə (hədisə) istinad ediblər. Onların iddiasına görə qadın ətir istifadə etməməlidir, çünki ətir ətrafdakılar üçün cəlbedici ola bilər.

Mağaza sahibləri açıq şəkildə ətir istifadə edənləri “zina edənlər” adlandırıblar.

Sözügedən elan geniş müzakirələrə səbəb olub.