Qahirədə bina çökdü: - 9 nəfər öldü

Qahirədə bina çökdü: - 9 nəfər öldü Dünya
Misirin paytaxtı Qahirədə yaşayış binası çöküb, ölənlər var.

News24.az​​​ xarici KİV-ə istinadən xəbər verir ki, Qahirənin mərkəzindən şimalda beş mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 9 nəfər ölüb.

Xilasetmə qrupları dağıntıların altından 4 nəfəri sağ çıxarıb.

Misirin Sosial Həmrəylik Nazirliyi qurbanların ailələrinin hər birinə 1940 dollar kompensasiya veriləcəyini bildirib.

Rəsmilər yaralıların da yardım alacağını bildiriblər.