Qara dəniz üzərində nadir atmosfer hadisəsi
Dünya
Türkiyə sahillərində Qara dəniz üzərində nadir bir bulud əmələ gəlib.
News24.az xəbər verir ki, silindrik bulud forması günorta saatlarında Qara dənizin üzərindəki sahil xətti boyunca əmələ gəlib. Bu təbiət hadisəsi səmada nəhəng dalğaya bənzəyib.
Meteoroloqlar bildiriblər ki, bu cür buludlar isti və soyuq hava kütlələrinin sürətli hərəkəti nəticəsində yaranan nadir atmosfer hadisəsidir.