Qardan elektrik enerjisi istehsal ediləcək
Dünya
Yaponiyanın Honsyu adasının şimalında yerləşən Aomori şəhərində qar əriməsi zamanı elektrik enerjisi istehsal etmək üçün pilot layihəyə start verilib.
News24.az xəbər verir ki, bu məqsədlə qar xüsusi izolyasiya edilmiş keçmiş məktəb hovuzunda yığılır. Daha sonra isə əriyən maye havanın istiliyindən buxarlanaraq turbini hərəkətə gətirir.
Bu layihə yerli İT şirkətinin Tokio Elektrik Rabitə Universiteti ilə əməkdaşlığı nəticəsində reallaşıb.
Qeyd edək ki, Aomori Yaponiyanın şimal hissəsində yerləşir. Şəhərə qış aylarında yağan qarın nəticələrini aradan qaldırmaq üçün yerli hakimiyyət orqanları yüksək miqdarda pul xərcləyir. Şəhərin küçələrindən təmizlənən qar əvvəllər dənizə atılırdı. /Kyodo/
Teymur MƏMMƏDOV