Qasırğa qurbanlarının sayı artdı – 110 nəfər

Qasırğa qurbanlarının sayı artdı – 110 nəfər Dünya

Çərşənbə axşamı Filippində tüğyan edən "Kalmaegi" qasırğası nəticəsində 110-dan çox insan ölüb.

News24.az xəbər verir ki, bu barədə "The Philippine Star" qəzeti məlumat yayıb.

Təbii fəlakət nəticəsində azı 111 nəfər həlak olub. Məlumata əsasən, ölənlərin sayının artacağı istisna edilmir.

Xilasedicilərin sözlərinə görə, ən təhlükəli ərazilərdən 800 min nəfər təxliyə edilib.

Gündüz "Kalmaegi"də küləyin sürəti 170 km/saata çatıb ki, bu da onu "Saffir-Simpson" qasırğası miqyasında ikinci kateqoriyanın tayfunu edib. Qarısğa Filippindən Vyetnama doğru gedir.