“Qaydalara əməl etməyənləri bloklayacağıq”
Dünya
Fransa Prezidenti Emmanuel Makron sosial media platformalarına qarşı daha sərt tədbirlərin görüləcəyini açıqlayıb.
News24.az xəbər verir ki, o ölkə qanunlarına əməl etməyən böyük şirkətlərin Fransada bloklana biləcəyini deyib.
Makron sosial medianın nifrət nitqi, dezinformasiya və manipulyasiya mənbəyinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, süni intellekt tərəfindən idarə olunan bot hesablar ya tamamilə qadağan edilməli, ya da bağlanmalıdır.
Fransa Prezidenti alqoritmlərdə şəffaflığın vacibliyini qeyd edərək platformaların ölkənin sosial və hüquqi qaydalarına hörmət etməli olduqlarını bildirib.