Qazaxıstanda 4 minə yaxın adam - SAXLANILDI

Qazaxıstanda 4 minə yaxın adam - SAXLANILDI Dünya
Qazaxıstanda etirazlar zamanı saxlanılanların sayı məlum olub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Terrorçuluqla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, indiyədək etirazlarda saxlanılanların sayı 3 706 nəfər təşkil edir.

Daha öncə dövlət başçısı Kasım-Jomart Tokayev ölkədə yüzlərlə mülki şəxs və hərbçinin yaralandığı və öldürüldüyünü bildirib.