Qazaxıstanda güclü zəlzələ oldu
Dünya
Qazaxıstanın Almatı şəhərində güclü zəlzələ baş verib.
News24.az xəbər verir ki, bBu barədə Sputnik Qazaxıstan öz Telegram kanalında məlumat yayıb.
Zəlzələnin 5 bal gücündə olduğu bildirilir. Zəlzələnin episentri şəhərdən 37 kilometr, Qırğızıstanın İssık-Kul vilayətindən 8 kilometr aralıda yerləşib.
“Biz çox şiddətlə titrəyirik. Şəhərdə həyəcan təbili çalınır, sakinlər binaları tərk edərək bayıra çıxırlar”,- məlumatda qeyd olunub.
Təlafat və dağıntılar barədə heç bir məlumat verilməyib.
Mehriban Mirzəzadə