Qazaxıstanda iki mindən çox məhkum azadlığa buraxıldı
Dünya
Qazaxıstan hakimiyyəti ölkə konstitusiyasının 30-cu ildönümü ilə əlaqədar əfv fərmanı ilə 2000-dən çox insanı azadlığa buraxıb.
News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Dövlət Penitensiar Xidməti məlumat yayıb.
Qeyd olunub ki, əfv fərmanına ümumilikdə 11 min məhkum daxil edilib. Belə ki, probasiya xidmətlərində qeydiyyatda olan məhkumlarla bağlı materialların araşdırılması nəticəsində qadınlar və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla 2888 nəfər cəzadan azad edilib, 7600-dən çox məhkumun cəzası isə azaldılıb.
Eyni zamanda əfv olunanlar üçün məşğulluqla bağlı yardım, sosial, psixoloji və məsləhət dəstəyi də daxil olmaqla, hərtərəfli dəstək tədbirləri təşkil edilib.