Qazaxıstanda keçid məntəqəsində erməni maşını saxlanıldı - Çox sayda silahlı və... - VİDEO

Qazaxıstanda keçid məntəqəsində erməni maşını saxlanıldı - Çox sayda silahlı və... - VİDEO Dünya
Qazaxıstanın Uralsk şəhərində keçid məntəqəsində Ermənistan nömrəsi ilə avtomobil idarə edən silahlı şəxslər saxlanılıblar.

News24.az RT-yə istinadən xəbər verir ki, bu barədə "Habar 24" məlumat yayıb.

Bildirilib ki, sürücü əvvəlcə baqajı açmaqdan imtina edib, sonra isə gizlənməyə çalışıb.

Onların avtomobildən patron, bıçaq, gözyaşardıcı qaz qumbarası, 50 telefon, 6 planşet və 23 smart saat aşkar edilib.