"Qəbul etmirik" - İRANDAN DAHA BİR AÇIQLAMA
Dünya
“Biz Ermənistan və Azərbaycanla əlaqələrimizi və əməkdaşlığımızı davam etdiririk. Bu ölkələr bizim qonşularımız və qardaşlarımızdır, biz onların problemlərinin həllinə kömək etməyə çalışırıq”.
News24.az xəbər verir ki, bu barədə İran müdafiə naziri Məhəmməd Rza Aştiyani bildirib.
Aştiyani ABŞ-Ermənistan birgə təlimlərindən və NATO qüvvələrinin Cənubi Qafqazda yerləşmək səylərindən danışıb.
“Bizim səylərimiz region ölkələrinin əməkdaşlığı vasitəsilə məsələlərin müstəqil həllinə yönəlib”, - Aştiyanı bildirib.
O, vurğulayıb ki, İran regionun geosiyasətində heç bir dəyişikliyi qəbul etmir.
Ayşən