"Qərb Bərzaninin Bakıya gəlişini xoş qarşılamayacaq" - Politoloq
Dünya
“İraq Kürdüstanının lideri Neçirvan Bərzaninin Bakı səfəri ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarına xidmət edir”.
Bu fikirləri News24.az-a açıqlamasında siyasi ekspert Anar Əliyev bildirib.
O, qeyd edib ki, Azərbaycan və Türkiyənin əleyhinə olan qüvvələrin bu səfərin rəsmi Ankara ilə münasibətlərə xələl gətirəcəyi barədəki açıqlamaları əsassızdır
A.Əliyev bildirib ki, Bərzaninin həm ölkəmiz, həm də rəsmi Ankara ilə əlaqələrinin güclənməsi PKK-nın kürdlərə təsir imkanlarını zəiflədə, eyni zamanda ölkəmizin regional maraqlarına xidmət edən geosiyasi şəraitin yaranmasına təkan verə bilər:
“Nəzərə alsaq ki, İraq Kürdüstanının lideri Türkiyənin bölgədəki mövqeyini möhkəmləndirən davranışlar sərgiləyir, o zaman bu səfərin bir sıra beynəlxalq güclər tərəfindən tənqidlə qarşılanacağını demək olar. Rəsmi Ankaranın regional təsir gücünü artmasını təhdid hesab edən Qərb çox güman ki, Bərzaninin ölkəmizə gəlişini xoş qarşılamayacaq. Azərbaycan bu günə kimi xarici siyasətdə hansısa dövlətin yox, yalnız özünün və Türkiyənin maraqlarına uyğun davranıb. Tənqidi fikirlərə baxmayaraq, ölkəmiz digər dövlətlərin ərazisindəki ayrı-ayrı vilayətlərlə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir. Bu da həm bizim, həm Türkiyənin, həm də bütövlükdə bölgənin maraqlarına xidmət edəcək”.