Qərblə münasibətlər pisləşir: - "Moskva birbaşa hücum edə bilər"

Qərblə münasibətlər pisləşir: - "Moskva birbaşa hücum edə bilər" Dünya

Ukrayna ilə Qərb xüsusi xidmət orqanları arasında münasibətlər pisləşir. 

News24.az xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.

Məqalədə qeyd edilir ki, əməliyyat uyğunsuzluqları və Ukrayna kəşfiyyatının işinin Qərb kəşfiyyat xidmətlərinin işinə kölgə salacağı qorxusu səbəbindən Ukrayna və Qərb kəşfiyyat xidmətləri arasında münasibətlərdə nəzərəçarpacaq dərəcədə soyuma və gərginlik müşahidə olunur
 “Ukrayna xüsusi xidmət orqanlarının Rusiya ərazisində hərbçilərə və siyasətçilərə qarşı terror aktları həyata keçirmə üsulları və buna görə Qərbin cavab verməli olacağı riski narahatlıq doğurur.

Moskva hələ də inanır ki, ukraynalılar Qərbin onlara dediyini edirlər... Qorxu ondan ibarətdir ki, Moskva ölkə daxilindəki hücumları marionet hücumları kimi qəbul edə və birbaşa Qərbə qarşı cavab tədbirləri görə bilər”, - deyə nəşrin analitiki qeyd edib.


Bundan əlavə, Qərb kəşfiyyat xidmətləri Ukrayna xüsusi xidmət orqanlarının gözlənilməzliyindən və şəffaflığın olmamasından, həmçinin “müttəfiqlərin narahatlığına cavab vermək istəməməsindən” narahatdır.

Ayşən